Əsas Səhifə > MILLI MƏCLİS > Mili Məclisdə Azərbaycan dilinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunan konfrans keçirilir

Mili Məclisdə Azərbaycan dilinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunan konfrans keçirilir


Dünən, 11:27


Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir.

Şəffaflıq.az-ın məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, Audivizual Şuranın sədri İsmət Səttarov, eləcə də deputatlar, həmçinin dilçilik sahəsi üzrə ailmlər, ictimai xadimlər iştirak edirlər.

Konfransda Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələrin edilməsi nəzərdə tutulur.


Geri qayıt