Əsas Səhifə > SİYASƏT > Azərbaycanın XİN başçısı Vyanada rumıniyalı həmkarı ilə görüşüb

Azərbaycanın XİN başçısı Vyanada rumıniyalı həmkarı ilə görüşüb


5-12-2025, 09:34


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığını, xüsusən enerji təhlükəsizliyini, nəqliyyat və daha geniş əməkdaşlıq sahələrini müzakirə ediblər.


Geri qayıt