Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib
Bakıda yaşayış binasındakı yanğın nəticəsində 4 nəfər ölüb, 4 nəfər də tüstüdən zəhərlənib5-12-2025, 09:23 |
|
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində 05.12.2025-ci il tarixində saat 03:15 radələrində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. Şəffaflıq.az Geri qayıt |