Əsas Səhifə > Gündəm > MSK-da daha 1 məntəqənin nəticələrini etibarsız saydı

MSK-da daha 1 məntəqənin nəticələrini etibarsız saydı

22-02-2020, 18:54
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb.

Şəffaflıq.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırılıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib. Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin”.
MSK 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 3 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırılıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib. Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin”.
MSK 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 3 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Geri qayıt