Əsas Səhifə > Hadisə > Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub
Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub4-12-2025, 09:51 |
|
Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Şəffaflıq.az-ın məlumatına görə, Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayev Aygün Rövşən qızı (1984), Hüseynov Aygül Həsən qızı(1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |