Əsas Səhifə > Hadisə > Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub4-12-2025, 09:28 |
|
Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb. Restoran yanğından mühafizə olunub. Geri qayıt |