Əsas Səhifə > HƏRBİ > Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir3-12-2025, 15:27 |
|
Bakıda NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda seminar-məşğələ keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər. Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir. Seminar-məşğələ dekabrın 5-dək davam edəcək. Şəffaflıq.az Geri qayıt |