Əsas Səhifə > SİYASƏT > Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib
Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib3-12-2025, 11:49 |
|
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib. Şəffaflıq.az xəbər verir ki, naziri bu mükafata Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan layiq görüb. Medal dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransında Kəmaləddin Heydərova təqdim olunub. Geri qayıt |