Əsas Səhifə > SİYASƏT > Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb
Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb1-12-2025, 15:14 |
|
Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb. Geri qayıt |