Əsas Səhifə > SİYASƏT > Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb28-11-2025, 13:38 |
|
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb. Şəffaflıq.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə (55 nəfər) köçürülür. Qırmızı Bazara köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla qəsəbəyə köçürülən ailələrin sayı 67-yə (254 nəfər) çatacaq. Geri qayıt |