Əsas Səhifə > SİYASƏT > Milli Məclisin deputatları Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər


27-11-2025, 15:48


Milli Məclisin (MM) deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.

Bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tural Gəncəliyev ATƏT PA-nın, Cavanşir Feyziyev TÜRKPA-nın, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.

Şəffaflıq.az


Geri qayıt