Əsas Səhifə > REGİON > Roma Papasının Türkiyəyə səfəri başlayıb

Roma Papasının Türkiyəyə səfəri başlayıb


27-11-2025, 15:43


Roma Papası XIV Leo Türkiyədə rəsmi səfərdədir.

Şəffaflıq.az "A Haber"ə istinadən xəbər verir ki, onun təyyarəsi Ankara Esenboğa Beynəlxalq Hava Limanına enib.

XIV Leo səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd edək ki, bu, Roma Papasının Türkiyəyə 11 ildən sonra ilk rəsmi səfəridir.


Geri qayıt