Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Sədri İqnatsio La Russa ilə görüşüb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Sədri İqnatsio La Russa ilə görüşüb.


Dünən, 23:54


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Sədri İqnatsio La Russa ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.

"İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Sədri İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.

Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım", - nazir qeyd edib.



Geri qayıt