Əsas Səhifə > SİYASƏT > İlham Mirzəliyev Naftalanda vətəndaşları qəbul edəcək

İlham Mirzəliyev Naftalanda vətəndaşları qəbul edəcək


Dünən, 14:28


"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Naftalan rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a səhmdar cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, qəbul dekabrın 19-u saat 10:00-da Naftalan rayonunda yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək. Qəbul Naftalan, Goranboy və Xocalı sakinləri üçün baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Şəffaflıq.az


Geri qayıt