Əsas Səhifə > SİYASƏT > Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib


Dünən, 10:48


Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya (geri qəbul) edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, geri qəbul edilmə prosesi "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.


Geri qayıt