Əsas Səhifə > Hadisə > Naxçıvanda vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs saxlanılıb


Dünən, 10:46


Naxçıvan şəhərində vətəndaşlara qarşı 50 min manatlıq dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub.

Şəffaflıq.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb.

Onun ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirdiyi bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Geri qayıt