Əsas Səhifə > EKOLOGİYA > Bakıda 18, rayonlarda 20 dərəcə isti olacaq - PROQNOZ
Bakıda 18, rayonlarda 20 dərəcə isti olacaq - PROQNOZBu gün, 12:54 |
|
Azərbaycanda noyabrın 26-da havanın 20 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq. Şəffaflıq.az Geri qayıt |