Əsas Səhifə > MANŞET / HƏRBİ / Cəmiyyət > Müharibə veteranı polkovnik Şabanov Sabir Qarakişi oğlunu tanıyaq...

Müharibə veteranı polkovnik Şabanov Sabir Qarakişi oğlunu tanıyaq...


Bu gün, 12:33


Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan polkovnik Şabanov Sabir Qarakişi oğlu 
Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin üzvü, istefada olan polkovnik  Şabanov Sabir Qarakişi oğlu 29 avqust 1956-ci ildə Şamaxı rayonun Göylər kəndində anadan olub.
Şəffaflıq.az xəbər verir ki,1973-cü ildə Şamaxı rayonun Göylər kənd tam orta məktəbini, 1974-ci ildə Zabaykal Hərbi Dairəsinin tədris alayında çavuş hazırlığı (manqa komandiri və taqım komandirinin  müavini ixtisası üzrə) kursunu, 1977-ci ildə Daxili Qoşunların Tiflis şəhərində yerləşən dviziyanın tədris alayında güzirlər (bölüyün baş cavuşu, qarovul rəisi  və taqım komandiri ixtisası üzrə) məktəbini, 1984-cü ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov şəhərində yerləşən ali hərbi komandirlər məktəbini, 1996-cı ildə isə Bakı Dövlət Universitetini  (hüquqşünas ixtisası üzrə) bitirib.
1984-cü ilin iyul ayından 1992-ci ilin  aprel ayına kimi  isə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ukrayna Respublikasının Vinnic, Xmelinski, Şipitovka, Lüqansk şəhərində yerləşən hərbi hissələrində  taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri vəzifələrində xidmət keçib.
1992-ci ilin aprel ayından 1997-ci ilin son ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərmanov rayonunda yerləşən hərbi hissənin (ilk) qərargah rəisi, Ağdam rayonunda yerləşən hərbi hissənin (ilk) hərbi hissə komandiri, Daxili Qoşunlar Komandanının silah və texnika üzrə (ilk) müavini  vəzifələrində xidmət edib.        
1998-2008 -ci illərdə Təfəkkür Ünverstetində baş müəllim və hərbi xidmətə çağırış üzrə səfərbərlik şöbəsinin rəisi vəzifəsində işləyib.
Polkovnik Sabir Şabanov 1992-ci il iyunun 12-də təməli özü tərəfindən qoyulan hərbi hissənin  komandiri kimi alayın bütün şəxsi heyəti ilə Ağdam rayonuna yollanaraq, Ağdam və Ağdərə   bölgəsinin müdafiəsini təşkil edib. Daxili işlər nazirınin mivafiq  göstərişi ilə Ağdam və Ağdərə rayonu istiqamətində DİN-in Daxili Qosunlarin birləşmiş hərbi hissələrinə və polis  dəstələrinə rəhbərlik etmək üçün ön cəbhə qərargah rəisi vəzifəsinə təyin edilib.
Sabir Şabanov 1993-ci ilin noyabr ayının 13-dən 1994-cü ilin may aynın 12-nə kimi Azərbaycan Respublikasının Füzuli rayonunun ərazi bütövlüyü uğrunda gedən agır döyüşlərdə DİN-in Daxili Qoşunların birləşmiş hərbi hissələrinin və polis quruplaşmasının hücum əməliyyatını işləmək və döyüş hərəkətlərini idarə etmək üçün mütamadi olaraq ezamiyyətdə olduğu müddətdə, məhz onun rəhbərliyi ilə bir necə yaşayış məntəqələri işğalçı erməni ordusundan azad edilib.
Daxili işlər nazirin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında Sabir Şabanova vaxtından əvvəl  "polkovnik-leytenant", ardınca "polkovnik" hərbi rütbələri verilib.
1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə polkovnik Şabanov Sabir Qarakişi oğlu xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə ona daxili işlər nazirnin  müvafq əmri ilə "Boz Qurd " fəxri adı verilib.

Qəhrəman döyüşçülərimizlə fəxr edirik.

Vahid İsmayılov

Şəffaflıq.az


Geri qayıt