| Əsas Səhifə >  ELM VƏ TƏHSİL > Şamaxıda  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilib Şamaxıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilib21-02-2020, 19:57 | 
|  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilib 21 fevral tarixində Şamaxı İncəsənət Təhsili Mərkəzində Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilmişdir. Ana dili ilə bağlı çıxışlar edilmiş, eyni zamanda yanvar ayının əvvəllərindən başlayaraq rayonun ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunmuş müsabiqənin qalibləri təltif olunmuşdur. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu, rayon rəhbərliyi, rayonun idarə təşkilat rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər.  Qrammatika və şeir kateqoriyası üzrə təşkil olunmuş müsabiqə məktəb, yarımfinal və final turlarından ibarət olmaqla ümumilikdə 3000 şagirdi əhatə etmişdir. Qrammatika kateqoriyası üzrə V-IX siniflər üzrə olmaqla 15 nəfər qalib, 14 nəfər final iştirakçısı, şeir kateqoriyası üzrə V-X siniflər üzrə 5 nəfər qalibə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Tədbir şeir kateqoriyasında qalib gəlmiş şagirdlərin ifasında bədii hissə ilə davam etdirilmişdir              Vahid İsmayılov Şamaxı şəhər: Şəffaflıq.az Geri qayıt |