Əsas Səhifə > Hadisə > Bakıda evdə yanğın olub, iki nəfər xəsarət alıb
Bakıda evdə yanğın olub, iki nəfər xəsarət alıbBu gün, 09:58 |
|
Bakıda evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Şəffaflıq.az Geri qayıt |