Əsas Səhifə > SAĞLAMLIQ > Bakıda partlayış baş verən obyektdə xəsarət alanların son durumu açıqlanıb

Bakıda partlayış baş verən obyektdə xəsarət alanların son durumu açıqlanıb


Bu gün, 09:53


Bakıda "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alaraq xəstəxanaya yerləşdirilən beş nəfərdən dördü evə buraxılıb.

TƏBİB-dən bildirilib ki, onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicəyə göndəriliblər.

Eyni zamanda qeyd olunub ki, digər bir nəfər aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Xatırladaq ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Şəffaflıq.az


Geri qayıt