Əsas Səhifə > REGİON > İranda avtobus aşıb, ölənlər və yaralananlar var

İranda avtobus aşıb, ölənlər və yaralananlar var


Bu gün, 09:49


İranın Xorasan Rəzəvi əyalətinin Sabzevar rayonunun Bərdəskən-Sabzevar avtomobil yolunda avtobus aşıb.

Şəffaflıq.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sabzevar Tibb Universitetinin Texniki və Təcili Əməliyyatlar üzrə rəhbərliyindən bildirilib.

Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.


Geri qayıt