Əsas Səhifə > Hadisə > Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib

Ötən həftə azad olunan torpaqlarda 1 500 hektardan çox ərazi minalardan təmizlənib


Dünən, 14:32


Azad olunan ərazilərdə ötən həftə ərzində (noyabrın 17-23) 35 tank əleyhinə mina, 199 piyada əleyhinə mina, 2 464 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1527,4 hektar ərazi minalardan təmizlənib.


Geri qayıt