Əsas Səhifə > Hadisə > Gəncədə evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb


Dünən, 11:00


Gəncə şəhərində evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8 min manat pul və 2 min 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C.Mamedov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt