Əsas Səhifə > İnfrastruktur > Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb
Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıbDünən, 09:42 |
|
Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar. Şəffaflıq.az Geri qayıt |