Əsas Səhifə > REGİON > Türkiyədə sərnişin avtobusları toqquşub, ölən və xəsarət alanlar var

Türkiyədə sərnişin avtobusları toqquşub, ölən və xəsarət alanlar var


Dünən, 09:40


Türkiyənin Dənizli şəhərində mikroavtobusla şəhərlərarası avtobus toqquşub.

Bu barədə Şəffaflıq.az-ın yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, mikroavtobus qəza nəticəsində aşıb, şəhərlərarası avtobusun sürücüsü ölüb, daha 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları cəlb edilib. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib və sonra təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt