Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Xarkova dronlarla zərbə endirib, ölən və yaralananlar var
Rusiya Xarkova dronlarla zərbə endirib, ölən və yaralananlar varDünən, 09:38 |
|
Ukraynanın şərqindəki Xarkov şəhəri Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) güclü zərbəsinə məruz qalıb. Şəffaflıq.az Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov və Xarkov meri İqor Terexova istinadən verdiyi məlumata görə, son məlumatlar dörd nəfərin öldüyünü, 13 nəfərin yaralandığını göstərir. O.Sinequbovun sözlərinə görə, Saltovski rayonunda dron hücumu qeydə alınıb və Şevçenkovski rayonunda da yanğın baş verib. Əvvəlcə iki nəfərin öldüyü, sonra bir nəfərin öldüyü və beş nəfərin yaralandığı təsdiqlənib. Daha sonra ölənlərin sayı ikiyə, yaralıların sayı isə 12 yaşlı uşaq da daxil olmaqla səkkizə çatıb. Xarkov meri İqor Terexov bildirib ki, dron Şevçenkovski rayonunda fərdi evə hücum edib. Yenilənmiş məlumatlara görə, şəhər üzrə altı yerə 15 zərbə endirilib. Tibbi yardım üçün müraciət edənlərin sayı 15-ə çatıb. Hücum nəticəsində enerji və istilik sistemlərinə ciddi ziyan dəyib, transformator yarımstansiyası və üç yaşayış binası dağılıb. Regional dövlət administrasiyasının rəhbəri daha bir - 69 yaşlı qadının ölümü barədə məlumat verib. Geri qayıt |