Əsas Səhifə > Kriminal > Neftçalanın icra başçısı rüşvət alarkən həbs edildi
Neftçalanın icra başçısı rüşvət alarkən həbs edildi20-02-2020, 21:10 |
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs olunub... Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala İcra hakimiyyətinin binasına daxil olub. Şəffaflıq.az PİA.az-a istinadən xəbər verir ki, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub. Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur. Bundan əlavə bəzi mənbələr xəbər verir ki, həbs olunan bu icra başçısı Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın dostudur. Bəzi məlumatlara görə Neftçalanın İcra Hakimiyyətinin başçısının birinci müavini Vurğun Ələkbərov da saxlanılıb. Geri qayıt |