Əsas Səhifə > SİYASƏT > AQTA sədri Zərdabda vətəndaşları qəbul edib

AQTA sədri Zərdabda vətəndaşları qəbul edib


21-11-2025, 15:21


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 21-i Zərdabda Mingəçevir, Yevlax şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Şəffaflıq.az


Geri qayıt