Əsas Səhifə > Hadisə > İrandan Azərbaycana PUA ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana PUA ilə 33 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb20-11-2025, 14:52 |
|
İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat-qoşun tədbirləri keçirilib. Nəticədə ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |