Əsas Səhifə > Hadisə > 17 yaşlı oğul atasını öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTL
17 yaşlı oğul atasını öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTL14-01-2019, 16:44 |
Göygöl rayonunda atasını öldürməkdə təqsirli bilinən Eşqin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Şəffaflıq.az teleqraf.com-a istinadən xəbər verir ki, Göygöl rayon Prokurorluğunda toplanan material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.İttihama görə, ötən il sentyabrın 16-da Göygöl rayonun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quliyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb.Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quliyev atasının başına balta ilə ağır zərbələr endirib. Eşqin Quliyev atasının ona müqavimət göstərdiyini görüb, ona daha bir neçə bıçaq zərbəsi də endirib. Ramil Quliyev aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisədən sonra könüllü şəkildə polisə təslim olan gənc saxlanılaraq istintaqa cəlb olunub. İstintaq orqanı tərəfindən Eşqin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Eşqin Quliyev qətl törətməsəydi, bu il 11-ci sinifi bitirəcəkdi. Geri qayıt |