Əsas Səhifə > Hadisə > Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb20-11-2025, 09:19 |
|
Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti müəyyən edilib. "Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |