Əsas Səhifə > Hadisə > Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 10 baş xırdabuynuzlu heyvan tələf olub

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 10 baş xırdabuynuzlu heyvan tələf olub


Bu gün, 11:17


Kürdəmir rayonunda minik avtomobili qoyun sürüsünə çırpılıb, 10 baş xırdabuynuzlu heyvan tələf olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Cəyli kənd sakini Ariz Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.

Qəza zamanı Qarasaqqallı kənd sakini Vidadi Qarayevə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt