Əsas Səhifə > SAĞLAMLIQ > Lənkəranda 87 kq-a yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb

Lənkəranda 87 kq-a yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb


Bu gün, 11:11


Lənkəran rayonu, Şiləvar kəndində "Hər Gün" marketində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, həmçinin ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.

Şəffaflıq.az


Geri qayıt