Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edirBu gün, 11:09 |
|
Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasının gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib. Müzakirələrlə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir. Gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur. 2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir. Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur. Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb. Geri qayıt |