Əsas Səhifə > FUTBOL > Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb19-11-2025, 00:07 |
|
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Şəffaflıq.az xəbər verir ki, B qrupunun oyununda səfərdə Cəbəllütariq millisi ilə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib. "Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub. Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliya millisinə qarşı keçirəcək. Geri qayıt |