Əsas Səhifə > Hadisə > Hüquqşünaslıqla yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər
Hüquqşünaslıqla yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklərBu gün, 09:58 |
|
Məhkəmələrdə Hüquqşünaslıq ixtisası ilə yanaşı bir neçə ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər. Şəffaflıq.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkənin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb. Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib. Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız "hüquqşünaslıq" ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu. Geri qayıt |