Əsas Səhifə > Hadisə > Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıtda silah-sursat aşkarlanıb


Bu gün, 09:57


Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

Şəffaflıq.az xəbər verir ki, "Kimyaçılar" yaşayış massivinin dənizkənarı hissəsində AKC-74 markalı, 5,45 çaplı avtomat silahı, ona məxsus bir ədəd daraq və 17 ədəd patron tapılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Silah-sursatın mənşəyi və əraziyə hansı şəraitdə düşməsi istiqamətində tədbirlər davam etdirilir.


Geri qayıt