Əsas Səhifə > SİYASƏT > Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb


Bu gün, 09:53


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Şəffaflıq.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən 37 ailə (160 nəfər) respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Geri qayıt