Əsas Səhifə > SİYASƏT > Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilirBu gün, 09:46 |
|
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir. Şəffaflıq.az xəbər verir ki, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin "Atlantic Council", "New Lines Institute", Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və "The National Interest" jurnalının nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur. Geri qayıt |