Əsas Səhifə > İnfrastruktur > Bakıda Yeni Şəhər Gündəliyi üzrə yüksək səviyyəli nazirlər iclası olacaq

Bakıda Yeni Şəhər Gündəliyi üzrə yüksək səviyyəli nazirlər iclası olacaq


Bu gün, 15:23


Gələn il mayın 17-də Bakıda BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə yüksək səviyyəli nazirlər iclası keçiriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-HABITAT) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktor Edlam Yemeru tədbirlə bağlı Bakıda diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, iclas bazar günü keçiriləcək və yeni şəhər gündəliyinin müzakirəsinə həsr olunacaq.

E.Yemeru qeyd edib ki, forumda mənzil və dayanıqlı urbanizasiya məsələlərində mühüm rol oynayan yerli və regional hakimiyyət orqanlarının nümayəndələri iştirak edəcəklər. WUF13 proqramı çərçivəsində adekvat mənzil təminatı üzrə prioritet məsələlərə həsr olunmuş altı yüksək səviyyəli dialoq planlaşdırılır.

"Bundan əlavə, forumda qadınları, gəncləri, uşaqları, vətəndaş cəmiyyətini və özəl sektoru birləşdirən assambleyalar və dəyirmi masalar keçiriləcək. Xüsusi diqqət tərəfdaşlıq tədbirlərinə yönəldilib: forumun əksər tədbirləri tərəfdaşların özləri tərəfindən iştirakçılarla birgə təşkil olunur ki, bu da platformanı xüsusilə inklüziv edir", - o bildirib.


Geri qayıt