Əsas Səhifə > Hadisə > Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır


Bu gün, 15:18


Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Lənkəran rayonunun Göyşaban kəndi ərazisindəki məişət tullantıları poliqonunda yanmış iki meyit aşkarlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Onların kimliyi və hansı şəraitdə öldükləri araşdırılır. Hər iki şəxsin kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt