Əsas Səhifə > FUTBOL > 17 yaşlı futbolçu 99 il müddətinə diskvalifikasiya edilib

17 yaşlı futbolçu 99 il müddətinə diskvalifikasiya edilib


15-11-2025, 10:33


İsrailin "Yermiyahu Holon" klubunun adı açıqlanmayan 17 yaşlı futbolçusu rəqibini döydüyünə görə 99 il müddətinə diskvalifikasiya edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paltardəyişmə otağında digər futbolçuya hücum etməsinin görüntüləri yayıldıqdan sonra onun klubdan qovulduğu bildirilib. Baş verənlərə görə İsrail Futbol Assosiasiyası oyunçunu 2124-cü ilin noyabrına qədər futboldan kənarlaşdırıb.

Diskvalifikasiya ilə yanaşı futbolçu 2,5 min şekel (təxminən 700 avro) cərimələnib.


Geri qayıt