Əsas Səhifə > REGİON > Ermənistan və Gürcüstan readmissiya haqqında sazişi ratifikasiya edəcək
Ermənistan və Gürcüstan readmissiya haqqında sazişi ratifikasiya edəcək14-11-2025, 14:19 |
|
Ermənistan və Gürcüstan readmissiya haqqında sazişi ratifikasiya edəcək. Şəffaflıq.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökuməti sənədin ratifikasiyasına razılıq verib. Bildirilib ki, saziş Ermənistan və ya Gürcüstan vətəndaşlarının digər ölkədə qeyri-qanuni şəkildə yerləşdikləri təqdirdə axtarışını və təhvil verilməsini, eləcə də iki ölkədən birində qanunu pozub digərində gizlənən üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin axtarışını və təhvil verilməsini həyata keçirməyə imkan verəcək. Geri qayıt |