Əsas Səhifə > REGİON > Türkiyə Suriyada 2 şəhid verdi
Türkiyə Suriyada 2 şəhid verdi20-02-2020, 19:47 |
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb. Şəffaflıq.az "Habertürk"-ə istinadən xəbər verir ki, İdlibdə bölgəsində avizərbələr nəticəsində Türkiyənin 2 hərbçisi şəhid olub, daha 5-i yaralanıb. Məlumata görə, Suriyadakı rejimin 50-dən çox silahlısı, 5 tankı, 2 zirehli avtomobili, 2 silahlı pikapı və 1 topunun məhv edildiyi vurğulanıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb. Geri qayıt |