Əsas Səhifə > REGİON > Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərin hamısının nəşi tapılıb
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərin hamısının nəşi tapılıbBu gün, 13:03 |
|
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi tapılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarədəki heyətin bütün üzvləri (20 nəfər) həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Noyabrın 12-ə olan tarixə həlak olanlardan 19-nun nəşi taplmışdı. Geri qayıt |