Əsas Səhifə > İnfrastruktur > Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunubBu gün, 10:37 |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək. Bu barədə Şəffaflıq.az ADY-yə istinadən xəbər verir. Məlumata əsasən, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar. Geri qayıt |