Əsas Səhifə > Hadisə > Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib


13-11-2025, 10:24


Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç nəfər əcnəbi Səbail Rayon Məhkəməsinə gətirilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu gün onlar barəsində açılan cinayət işi üzrə məhkəmə prosesinin başlayacağı gözlənilir.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu il avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.



Geri qayıt