Əsas Səhifə > MANŞET / SİYASƏT > İcra başçısı təyin edilən Elxan İbrahimov kimdir?
İcra başçısı təyin edilən Elxan İbrahimov kimdir?Dünən, 21:37 |
|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sənədə əsasən, Elxan Oqtay oğlu İbrahimov Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib. Şəffaflıq.az Elxan Oqtay oğlu İbrahimovun dosyesini təqdim edir: O, 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar "Holiday Inn Baku Airport " otelində, "Baker Tilly" audit şirkətində, "Embawood" şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib. Geri qayıt |