Əsas Səhifə > REGİON > Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyibDünən, 11:08 |
|
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib. Bu barədə Şəffaflıq.az nazirliyin yaydığı bəyanata istinadən xəbər verir. "Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb", - deyə məlumatda bildirilir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də hadisə bağlı açıqlama yayıb: "Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verirəm". Bundan başqa nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb. Gökhan Korkmaz – Pilot Serdar Uslu – Zabit Nihat İlgen – Zabit Cüneyt Kandemir – Zabit Emre Mercan – Baş Leytenant Nuri Özcan – Baş Çavuş Ümit İnce – Zabit Burak Özkan – Zabit Emrah Kuran – Zabit Hamdi Armağan Kaplan – Zabit Akın Karakuş – Zabit İlker Aykut – Baş Qərargah rəisi Ramazan Yağız – Zabit Emre Altiok – Zabit Burak İbbiği – Zabit İlhan Ongan – Baş Çavuş Berkay Karaca – Zabit Ahmet Yaşar Kuyucu – Zabit Cem Dolapcı – Zabit Emre Sayın – Zabit. Geri qayıt |